Ailə bir məktəbdir
"İslam həmrəyliyi ili" çərçivəsində bu gün "Aydınlığa doğru" İctimai Birliyinin sədr müavini pedaqoq - psixoloq Könül İbrahimova, ilahiyyatçı yazar Aişə Nəbiyeva məktəbimizin qonağı oldu.Tədbiri məktəbin direktor müavini Lalə Nəsitova açdı.
Hər bir ailə kiçik dövlətdir. Bu dövlət ailə üzvlərindən ibarətdir. Bu insanlar hər gün eyni mənzilə gəlir, bir qapıdan içəri girir, birlikdə yaşayır, sevinc və kədərlərini bir-birləri ilə bölüşürlər. Onlar bir yerdə yeyir, şirin söhbət edir, əylənirlər. Kimdir onlar? Əlbəttə, baba, nənə, ata, ana və uşaqlar. Ailədə hər kəsin öz yeri, öz hüququ var. Valideynlər uşaqlara qayğı göstərir, onları tərbiyəli, sağlam, vətənə layiqli övlad kimi böyüdürlər. Uşaqları boya-başa çatdırmaq üçün ata və ana çox zəhmət çəkirlər. Uşaqlar həmişə valideynlərinin zəhmətini qiymətləndirməli, onların nəsihətlərinə qulaq asmalı, ailənin qayda və qanunlarına əməl etməlidirlər.
Bütün bu fikirlər "ailə, şəfqət, sevgi, həmrəylik məktəbidir" şüarı ilə məktəbimizin valideyn və şagird kollektivinə seminarın mühazirəçiləri tərəfindən çatdırıldı.