Əsrin bəlası-Narkomaniya və QİÇS
Məktəbdə 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş seminar keçirildi. Seminarı giriş sözü ilə direktor müaini Lalə Nəsirova açdı. Daha sonra məktəbin psixoloqu Ləman Quliyeva, həkimi Könül Əliyeva şagirdə bu dəhşətli xəstəlik barədə ondan necə qoruna biləcəkləri barədə məlumat verdilər.
Şagirdlər onları maraqlandıran suallara cavab aldılar. 10"D" sinif şagirdi Orxan Vəliyev hazırladığı layihəni təqdim etdi.
1 dekabr Ümumdünya QİÇS günü münasibətilə məktəbdə keçirilmiş "Əsrin bəlası" inşa yazı müsabiqəsində fərqlənmiş şagirdlər mükafatlandırıldı. I yerə Ə. Məmmədova, II yerə B.Abdullayev, III yerə U.Həsənova layiq görülmüşdür.
Sonda şagirdlərə sosial çarx nümayiş olundu.Hər kəsi vaxtında müayinədən keçməyə təşviq edən sosial çarx və xəstəliyin yoluxması, təhlükə mənbələri barədə video-çarx nümayiş olundu.