İslam Həmrəyliyi
“Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi 2008-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış qeyri-hökumət təşkilatıdır. Bu illər ərzində “Aydınlığa doğru” bir sıra maraqlı layihələrə imza atmışdır. Bu layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Şurasının 2017-ci il ikinci qrant müsabiqəsinə təqdim edilən “İslam Həmrəyliyi”nə həsr olunmuş layihədir.
" İslam həmrəyliyi ili" çərçivəsində"Aydınlığa doğru" qeyri-hökumət təşkilatı 53№-li tam orta məktəbin akt zalında “İslam və elm "mövzusunda bilik yarışı keçirildi.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açıq elan etdi.O bildirdi ki, “İslam Həmrəyliyi”nə həsr olunmuş bu layihənin maarifləndirmə yolu ilə yeniyetmələrin sağlam düşüncəsinin, əxlaq dəyərlərinin formalaşmasına, multikulturalizm, tolerantlıq, qarşılıqlı hörmət, sevgi ruhunda tərbiyəsinə yönəldiyini bildirdi.
Məktəbin 8, 9, 10-cu sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuş 3 komanda yarışda iştirak etdi."Cümə" komandası yarışın qalibi oldu və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar