Uşaq hüquqları
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yax.şılaşdırılması məqsədilə 2017-ci ilin 20 oktyabr - 20 noyabr tarixlərində ölkədə "Uşaq hüquqları aylığı" elan edilmişdir.Aylıq çərçivəsində53№-li məktəbin müəllim və şagird kollektivi "İstiqlal" muzeyində uşaq hüquqları mövzusuna həsr olunmuş seminarda iştirak etdilər.Seminarda məktəbin 10ç sinif şagirdi, "Hüquq" klububun sədri Orxan Vəliyev mövzu ilə əlaqədar olaraq mühazirə söylədi.Sonda şagirdlər video çarxa tamaşa etdilər.