Məktəbin qonaqları
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Tarix klubunun üzvləri klubun rəhbəri Elnarə Əliyeva ilə birlikdə məktəbimizin qonağı oldular. Onlar 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş layihəni təqdim etdilər. Sonda ebru sənətinin təqdimatı şagirdlərin marağına səbəb oldu.