Tariximizi öyrənək və öyrədək
19 okytabr tarixində məktəbin akt zalında "Tariximizi öyrənək və öyrədək" Gənclər klubu 18 oktyabr - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirdı. Tədbiri giriş sözlə məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı. Bakı Qızlar Universitetinin tələbəsi Nərgiz Məmmədova mövzu ilə bağlı çıxış etdi, Azərbaycan Universitetinin tələbəsi Tünzalə Kazımova slayd nümayiş etdirdi, Ruslan Ağakişiyev fəallıq göstərdi.