Müstəqilliyimiz əbədidir!
Azərbaycanın Dövlət Müstəqilliyi Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir.XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.Bu gün məktəbin konfrans zalında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir!" mövzusunda tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova tədbiri açıq elan etdi.Sonra söz məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Münəvvər Yusubovaya, məktəbin tarix müəllimi Şair Quliyeva verildi. Sonra məktəb şagirdlərinin hazırladıqları şeirlər, mahnılar dinlənildi, videoçarxa baxıldı.