Əl Yuma Günü
16 oktyabr tarixində 53№-li tam orta məktəbin akt zalında Azərbaycan Respublkasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Şəhla Mirzəzadənin iştirakı ilə 15 oktyabr - Ümumdünya Əl Yuma Gününə həsr olunmuş mühazirə təşkil olunmuşdur. Tədbiri məktəbin direktor müavini Lalə Nəsirova açıq elan etdi.Bilik Fondunun əməkdaşı Aytən Xubanova da iştirak etdi. Sonda şagirdlərə maarifləndirici bukletlər paylandı.