Maarifləndirici tədbir

6 iyun 2017-ci ildə məktəbin akt zalında yuxarı sinif şagirdlərinə "Fitnə" filmi nömayiş olundu. Tədbiri məktəbin direktoru Firəngiz Həsənova açıq elan etdi və bu gün gənclərin həyatında tuğyan edən radikal dini qurupların təsirindən danışdı.Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova şagirdləri dini dəyərlərimizə sahib çıxmağı, islam dininin humanizm dini olduğunu, buna görə də dinimizdəki fərqlilikləri deyil, bizi birləşdirəcək ümumi dəyərlərə üstünlük vermələrini tövsiyə etdi. Filmə baxıldı.Film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib.Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir.Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi