Ədəbi irsimizi sevək!
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı bağlı tədbirlərbarədə" 16 dekabr 2014--cü il tarixli 1279 №-li əmrinin həyata keçirilməsi ilə bağlı bu gün məktəbin VIII sinif şagirdləri Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələrinin "Səba" tədris-təcrübə teatrının səhnəsində qoyduqları Azərbaycan klassiklərindən biri olan M.F.Axundovun "Sərgüzəşti vəziri xani Lənkəran" əsərinə tamaşa etdilər. Məqsəd şagirdlərdə Azərbaycan klassiklərinin ədəbi irsinə, bədii ədəbiyyata və eləcə də mütaliəyə maraq yaratmaq idi. Tamaşa böyük maraqla izlənildi.