Sağlam həyat tərzi
Bu gün məktəbin IXa sinif şagirdi Vəliyev Orxan "Ekoloji aylıqlar" layihəsi çərçivəsində "Sağlam həyat tərzi" mövzusunda mühazirə söylədi. O qeyd etdi ki,bu mövzu indi çox aktualdır. Çünki sağlamlıq tək hər bir insanın yox , həmçinin bütün cəmiyyətin qiymətsiz varlığıdır. Adətən yaxın, doğma və əziz olan insanlarla görüşündə və ya ayrılanda, biz onlara cansağlığı arzulayırıq, çünki, bu dəyərli və xoşbəxt həyatın əsas şərti və təminatıdır.Sağlamlıq – mürəkkəb anlayışdır. O, ancaq xəstəliklərin və ya fiziki qüsurların olmaması deyil, sağlamlıq fiziki, psixi və sosial rifah demədir.Sağlamlıq üçün risk amilləri bunlardır: bədən çəkisinin artıq olması, hipodinamiya (hərəkət azlığı), qeyri-rasional qidalanma, psixoloji gərginlik, siqaret çəkmə, spirtli içkilərdən sui-istifadə və s.Sağlamlıq planlarımızı yerinə yetirməyə, əsas həyat məsələlərini müvəffəqiyyətlə həll etməyə, çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Sağlamlığımızı qorusaq və möhkəmləndirsək bu bizə uzun ömür sürmək və fəal həyat tərzi keçirməyə kömək edər. Elmi mənbələr göstərir ki, gigiyenik qaydalara riayət edən insanların əksəriyyəti 100 ilə qədər yaşaya bilər.Lakin, təəssüf ki, çoxları elmi cəhətdən əsaslanan sağlam həyat tərzinin ən sadə normalarına riayət etmir. Bəziləri vaxtından əvvəl qocalmağa gətirən hərəkət azlığının qurbanı olurlar; başqaları qidalanarkən israfçılığa yol verirlər, bu isə piylənməyə və damarların sklerozuna gətirib çıxarır. Bəzi insanlarda şəkərli diabet yaranır, başqaları istirahət etməyi bacarmırlar, daim narahat, əsəbi olurlar, yuxusuzluqdan əziyyət çəkirlər, nəticədə daxili orqanlarda müxtəlif xəstəliklər yaranır. Digərləri isə, alkoqollu içkiləri qəbul etməklə və siqaret çəkməklə öz ömürlərini fəal şəkildə qısaldırlar.Sağlamlığın qorunması bilavasitə hər bir insanın borcudur və bizim bu borcu başqa insanlara həvalə etməyə ixtiyarımız yoxdur. Lakin düzgün həyat tərzi sürməyən, zərərli vərdişləri olan, hipodinamiya, həddindən artıq yeməkdən əziyyət çəkən, 20-30 yaşına çatan insanın sağlamlığı ağır vəziyyətə düşəndə, həmin gənc sağlamlığı haqqında fikirləşməyə başlayır.