Sağlam həyat tərzi
Bu gün məktəbin akt zalında "Ekoloji aylıqlar" layihəsi çərçivəsində "Sağlam həyat tərzi" mövzusunda "Dəyirmi masa" arxasında "Düşüncələrimizi dəyişək, sağlam olaq" devizi altında tədbir keçirildi. Tədbir məktəbin coğrafiya müəllimi Vəfa Süleymanovanın təşkilatçılığı altında məktəbin psixoloqu Ləman Quliyevanın, idman müəllimi Məlahət Fətullayevanın, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirovanın iştirakı ilə keçirildi.Vəfa müəllimə şagirdlər arasında ən çox yayılmış xəstəliklərdən olan uzağı zəif görmə və skaleoz haqqında apardığı araşdırmanın nəticələrini elan etdi. Bu xəstəliklərin psixo-fizioloji səbəblərini aydınlaşdırmaq üçün məktəbin psixoloquna söz verildi. Psixoloq Ləman xanım qazanılmış dayaq-sütün problemlərinin profilaktikasını və müalicəsi üçün münasib idman növlərini seçərkən xüsusiyyətlərini də nəzərə alınmasının vacibliyini, qamətin düzgün formalaşması üçün emosional təlqin yollarını izah etdi.Fətullayeva Məlahət isə göz idmanı və kürək əzələlərinin möhkəmləndirilməsi üçün münasib idman növləri və hərəkətləri haqqında söhbət apardı. Şagirdlərin sualları cavablandırıldı.