Ulu bir sərkərdə, ulu bir öndər

Bu gün məktəbin akt zalında Ümummilli lider Heydər Əliyevin 94 illik yubileyi münasibətilə "Ulu bir sərkərdə, ulu bir öndər" ədəbi-bədii kompozisiya nümayiş olundu. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açıq elan etdi.O bildirdi ki,hər bir azərbaycanlı üçün əziz olan bu hadisə ölkənin tarixi və taleyi ilə sıx bağlıdır. Ulu öndər təhlükəsizlik orqanlarında çalışdığı və respublikaya rəhbərlik etdiyi hər iki dövrdə yalnız milli maraqlara xidmət edib, bütün siyasi fəaliyyəti Azərbaycanın müstəqilliyi və inkişafı naminə olub. Hələ sovetlər dövründə ulu öndər Azərbaycanın gələcək müstəqilliyi üçün siyasi, iqtisadi, intellektual zəmin hazırlayıb. Bunu Azərbaycan təhlükəsizlik orqanlarının yaxın tarixi də aydın surətdə göstərir. Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın tarixi torpağı və ayrılmaz tərkib hissəsi olan Qarabağda erməni-daşnakların separatçılıq cəhdlərinin qarşısının qətiyyətlə alındığını qeyd etdi.Bu gün Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir. Ulu öndərin başladığı milli dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Sonra məktəbin şagirdlərinin hazırladıqları mahni və şeirlər dinlənildi. Ədəbi-bədii kompozisiya alqış sədaları altında sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi