Peşə seçimində meyl və maraqlar
İnsan həyatının ən taleyüklü məsələlərindən biri onun peşə seçməsidir. Bir çox insanlar kortəbii şəkildə, yaxud ətrafdakı insanların təhriki ilə müəyyən peşə seçirlər. Onlar bu sahə üzrə ali təhsil aldıqdan və yaxud bu peşə üzrə bir müddət işlədikdən sonra peşə seçimində səhv etdiklərini anlayır, başa düşürlər ki, bu fəaliyyət sahəsi onlar üçün maraqsız və yararsızdır. Bu peşəni sevmirlər, beləliklə, üz gələcəyini başqa peşələrdə axtarmalı olurlar. Çox vaxt bu səhvi düzəltmək mümkün olmur, insan ömrünü mənəvi, psixoloji və iqtisadi çətinliklər məngəsindən başa vurmalı olur. Əslində qabiliyyətsiz insan yoxdur, həyatda öz layiqli yerini tapmayan insan var, cəmiyyət isə ona həyatla öz yerini tapmaqda yardımçı olmalıdır.Bu məqsədlə məktəbin konfrans zalında IX sinif şagirdləri arasında peşəyönümü işinin mahiyyəti və məzmunu ilə əlaqədar olaraq "Dəyirmi masa" keçirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açıq elan etdi. O, peşəyönümü işinin yaranması və inkişafının müəyyən tarixindən söz açdı.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Münəvvər Yusubova da peşə seçimi üzrə məsələlərdən danışdı. Məqsəd şagirdlərin seçəcəkləri peşələrdə maraq və bacarığın olasıdır.Bəzi şagirdlər artıq seçdikləri peşə haqqında da müəyyən məlumat verdilər və bu digər şagirdlərin də marağına səbəb oldu.