"Qarabağ həqiqətləri" viktorinası

Məktəbin tərbiyə işləri üzrə illik "Fəaliyyət planı"na əsasən "Qarabağ həqiqətləri" mövzusunda "Bilik yarışı" keçirildi. Tədbir "Məktəblinin dostu" pilot layihəsinin əməkdaşları ilə birgə həyata keçirildi. Viktorina VIII və IX sinif şagirdləri arasında keçirildi. Yarışda 13 komanda iştirak edirdi. Tədbiri giriş sözü ilə direktor Firəngiz Həsənova açdı. İlk olaraq Qaraşağ uğrunda döyüşlərdə şəhid olmuş igid əsgərlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Sonra yarışa start verildi. 3 turdan ibarət olan viktorinada I yerə 17 balla VIIIb "Səfəvilər" komandası, II yerə 16 balla VIIIb "Qarabağ" komandası, III yerə 15 balla VIIId "Tarixçilər" komandası layiq görüldü. Viktorinada qalib gəlmiş komandalar fəxri fərmanla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi