Milli - mənəvi dəyərlərimizi sevək, hörmət edək
Bu gün məktəbin akt zalında VII - XI sinif qızlarının iştirakı ilə "Milli - mənəvi dəyərlərimizi sevib hörmət edək" mövzusuna həsr olunmuş seminar keçirildi. Seminarı giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı. Qızlarımıza milli-mənəvi, əxlaqi dəyərlərimizə hörmət etməyin hər kəs üçün vacib olduğunu vurğuladı. Seminarda məktəbin direktoru Firəngiz Həsənova, psixoloqu Ləman Quliyeva çıxış etdilər. Psixoloq qızların gigiyenası mövzusunda geniş məlumat verdi. Milli - mənəvi dəyərlərin insan şəxsiyyətinin formalaşmasında önəmli yer tutması ilə bağlı mühazirə dedi və yaranmış sualları cavablandırdı.