Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi- Breyrinq

Təbii sərvətlərin qorunması və davamlı istifadəsi XXI əsrin ən mühüm və qlobal problemlərindən biridir.Bioloji müxtəliflik yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir.Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik nəhəng, lakin hələ də tam qiymətləndirilməmiş zənginehtiyat mənbəyidir. O, bütün ekosistemləri əhatə etməklə həyatın mövcudluğunun əsasmı təşkil edir. Biolojimüxtəliflik insanları ərzaq, geyim, enerji və digər materiallarla təmin edir. Bu gün məktəbin konfrans zalında "Ekoloji aylıqlar" çərçivəsində "Azərbaycanın təbii sərvətləri və biomüxtəfliyi" mövzusuna həsr olunmuş bilik yarışması keçirildi.Yarış VI siniflər arasında keçirildi.VIa, VIb, VIc, VIç, VId sinifləri komandalar şəklində iştirak etdilər.Yarışda I yerə VIc sinfi, II yerə VIç sinfi, III yerə VIa sinfi çıxdı. Qaliblər diplomlarla mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi