Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi
Bu gün məktəbin foesində şagirdlərin "Ekoloji aylıqlar" çərçivəsində "Azərbaycanın təbii sərvətləri və biomüxtəfliyi" mövzusuna həsr olunmuş əl işləri sərgisi nümayiş olundu. Biomüxtəliflik sadə dildə desək Yer üzərindəki bütün canlılar arasındakı fərqlilikdir. Hazırda Yer kürəsi üzərindəki biomüxtəliflik milyonlarla növ canlıdan ibarətdir ki, bu da təxminən 3,5 milyard illik təkamül prosesinin məhsuludur. Biomüxtəliflik adətən, bioloji sistemlərin sağlamlıq ölçüsü kimi istifadə olunur.Hazırda dünyada 15 milyondan çox canlı növlər mövcuddur və hər gün onların yüzə yaxını bərpaolmadan məhv olur, onların məhv olması bir çox hallarda hiss olunmur. Lakin bəşəriyyətə belə itkilərdənolduqca böyük ziyan dəyir. Yer kürəsinin təbii zənginliyi gündən-günə azalır. Bioloji müxtəliflik təkcə növlərinmüxtəlifliyi deyil, o, bütün canlı aləmin yaşayıb inkişaf etməsinə imkan verən əlamətlərin cəmindən ibarətdir.Ona görə də indiki və gələcək nəsillər üçün bioloji müxtəliflik misilsiz milli sərvətdir. Sərgi hamının marağına səbəb oldu.