31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

Bu gün məktəbin konfrans zalında 31 Mart – Azərbaycanlılarının Soyqırımı Gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Nəsirova Lalə, tarix müəllimləri Quliyev Şair, Səmədova Könül, Yusifova Nəzakət və məktəbin şagird kollektivi iştirak etdi. Şair müəllim çıxışında qeyd etdi ki, 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Sonda 31 Mart - Azərbaycanlılarının Soyqırımı Gününə həsr olunmuş videoçarx izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi