31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi anılır. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bu gün məktəbimizdə "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr edilmiş divar qəzetlərinin nümayişi oldu.