IX siniflərdə monitorinq

Martın 12-si məktəbin IX sinflərində ana dili, riyaziyyat və xarici dil fənləri üzrə monitorinq keçirilib.
Monitorinq sualları şagirdlərə Azərbaycan və rus bölmələri üzrə 2 variantda təqdim edilib. Sualların cavablandırılması üçün şagirdlərə 120 dəqiqə vaxt verilib.
Aparılan monitorinqin məqsədi 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdan ibarət olub.
Şagirdlərimizə uğurlar arzu edirik!