İdman nailiyyətləri olan şagirdlərlə görüş

"İdman həftəsi” layihəsi çərçivəsində fiziki tərbiyə müəllimi Məlahət Fətullayevanın təşkilatçılığı ilə məktəbdə idman nailiyyətləri olan şagirdlər- Ömər Celqamlı və Yusif Səbzəliyev ilə görüş keçirilib.
Görüşdə ilk olaraq Məlahət müəllimə çıxış edərək idmanın şagirdlərin həyatında və inkişafında rolundan danışıb. Daha sonra idmançı şagirdlər əldə etdiyi uğurlar, idmanın faydaları haqqında digər şagirdlərə məlumat verib. Onları maraqlandıran sualları cavablandırıb.