Sağlam qidalanma

Martın 6-sı məktəbin 2d,3d və 3c siniflərinin sinif rəhbəri Gülüsüm İsmayılova, Zülfiyyə Hacıyeva, Səadət ismayılova şagirdləri ilə “Sağlam qidalanma və idman” mövzusunda maarifləndirici söhbət aparıb.
Çıxış edən müəllimlər bildirib ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. İdmanda istənilən nəticəni almaq üçün qidaların əhəmiyyəti çox böyükdür. Düzgün məşq və sağlam qidalanma ilə insanlar istədikləri formada qala bilərlər. Artıq sübut olunub ki, düzgün, balanslı qidalanma və maye istehlakı ilə məşqin səmərəliliyi artırıla bilər.
Daha sonra şagirdlərə bu mövzuya həsr olunmuş videoçarx göstərilib və onların da bu haqda fikirləri dinlənilib.