8 Mart-Beynəlxalq Qadınlar Günü

Məktəbdə təcrübədə olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosenti Nərmin Kamilova və " Musiqi sənəti” fakültəsinin təcrübəçi tələbələri Nigar Abdurrəhmanova, Fatimə Babayeva, Ləman Bayramova, Şərmin Əliyeva, Cəlil Qasımlı, Murad Mahmudov, Aytac Mustafayeva, Nailə Qasımova, Nübar Seyidova, Nigar Şirinli, Ləman Tağıyeva və Fidan Həsənovanın təşkilatçılığı ilə 07 Mart 2025 ci ildə 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra şagirdlər və tələbələr müxtəlif şeirlər səsləndirib, musiqilər ifa edib, səhnəciklər göstəriblər.
Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova müəllimləri və tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycanın çoxəsrlik tarixinin bütün dövrlərində qadın zərifliyin, ülviyyətin təcəssümü hesab edilmiş, ona hər zaman dərin ehtiram göstərilmişdir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi, ölkə prezidenti cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərindən biridir.
Sonda musiqi sədaları altında məktəbin müəllimləri təbrik edilib.