Əsl vətəndaş, əsl ana - Mehriban xanım Əliyeva
Martın 29-da məktəbdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevayanın ictimai və siyasi fəaliyyətinə həsr olunmuş “Əsl vətəndaş, əsl ana – Mehriban xanım Əliyeva” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı. Çıxışında Mehriban Əliyevanı peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah bir insan olduğunu, Azərbaycan xalqının ona böyük rəğbət və sevgi ilə yanaşdığını söylədi. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətimizin ictimai həyatına birinci xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır O, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Yeni-yeni tikilib istifadəyə verilən bağçalar, körpələr evi, qocalar evi bunun bariz nümunəsidir. Onun diqqətindən heç zaman kənarda qalmayan körpələr, uşaqlaq və qocalardır.Ümumiyyətlə, Mehriban xanım Əliyeva hər kəsə qayğı ilə yanaşan bir anadır. Mehriban xanım Əliyevanın onillik fəaliyyəti dövründə Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Sonra isə söz məktəbin tarix müəllimi Şair Quliyevə verildi.Şair müəllim bildirdi ki, Azərbaycan tarixində qadın diplomatlarımız çox olmuşdur: Tomris, Sara Xatun, Xurşudbanu Natavan və başqaları. Dövrümüzün də əsl vətəndaşı, əsl insanı, əsl xeyirxahı, əsl ziyalıları içərisində Mehriban xanım Əliyeva birincilər sırasında durur. Şair müəllim qeyd etdi ki, Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir. 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2012-ci il 8 dekabrda Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdi. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradıldı və onun sədri Mehriban Əliyeva təyin olundu. 21 yanvar 2016-cı ildə, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib. “Dəyirmi masa”da şagirdlər də aktiv iştirak etdilər. Sonda Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlı videoçarx izlənildi.