Novruz sovqatı

Martın 15-də 53 nömrəli məktəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində Novruzun gəlişi münasibətilə bayram şənliyi keçirtdi. Tədbirdə məktəbin direktoru Firəngiz Həsənova, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova, məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Tədbir bayram süfrəsi ətrafında keçirildi.Dinimizin tələb etdiyi kimi xəstələrə, kimsəsizlərə, imkansızlara yardım etmək, onları sevindirmək hər birimizin borcudur. Məhəmməd peyğəmbərin(s.ə.s) dediyi kimi: "Kim Allaha gözəl pay vermək istəyirsə, xəstələri, kimsəsizləri sevindirsin". Müəssisədəki uşaqların bir qismi bədii yaradıcılığın müxtəlif növlərində ifalarını təqdim etdilər, Novruz bayramına həsr olunmuş şeirlər söylədilər. Novruz şənliyi uşaqların sevincinə səbəb oldu və onlara xoş təəsurat bağışladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi