Cabir Novruzun 85 illiyi

“ Cabir Novruz” Mədəniyyət Fondunun Yasamal rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Yasamal rayon məktəbləri arasında Xalq şairi Cabir Novruzun 85 illik yubileyi ərəfəsində “Məni taparsınız şeirlərimdə” adlı lahiyənin ”Bədii qiraət” şeir müsabiqəsinin final mərhələsi keçirildi. Ümumiyyətlə, layihənin iki mərhələdə keçirilməsi məqsədəuyğun sayılıb. İlk olaraq 10 fevral 2017-ci ildə məktəbimizdə püşkatma yolu ilə 19 məktəb arasında Cabir Novruzun 38 şeiri seçilərək iştirakçılara verilib. Eyni şeiri ikinci şagird ifa edə bilməz. 1-ci mərhələdə məktəbdaxili tədbir keçirilərək hər təhsil ocağından 1 qız 1 oğlan müəyyənləşdirilərək müsabiqəyə buraxılıb. 20 fevral 2017-ci ildə məktəbimizdə nüfuzlu münsiflər heyəti tərəfindən iştirakçıların müsabiqəyə hazırlıq səviyyəsini öyrənmək üçün şagirdlər arasında baxış keçirilib. Bu məqamda onların səhnə davranışına, aydın diksiyaya, ədəbi tələffüzə ciddi fikir verilib. Münsiflər tərəfindən iştirakçılara lazımı tövsiyələr verilib, iradlar bildirilib. 27 fevral 2017-ci ildə təhsil ocağında müsabiqənin yarım final mərhələsi obyektiv şəkildə keçirilərək 6 oğlan, 6 qız final mərhələsinə buraxılıb.Münsiflər heyətində, əməkdar incəsənət xadimi,dosent Qəmər xanım Məmmədova,Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli, “Cabir Novruz” Mədəniyyət Fondunun heyətinin üzvü Niyaməddin Musayev,Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələləri üzrə baş məsləhətçisi Azad Niyazov,Bakı şəhəri üzrə Təhsil idarəsinin baş məsləhətçisi Qənirə xanım Sultanova, “Cabir Novruz” Mədəniyyət Fondunun təsisçisi, prezident təqaütçüsü yazıçılar birliyinin üzvü Müşviq Cabiroğlu,Yasamal rayon 167 saylı tam orta məktəbin Rus dili və Ədəbiyyat müəllimi Aygün xanım Abuşova iştirak etdi.Azərbaycan Respublikasının Dövlət Himni səslənəndən sonra məktəbin direktoru Firəngiz Həsənova tədbiri açıq elan etdi. İlk söz Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya verildi. 12 şagird şeirləri söylədi.Məktəbin XIb sinif şagirdi Rufullayeva Lalə I yerə layiq görüldü.Qalib gələn şagirdlər mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi