Beynəlxalq Qadınlar Günü

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.Məktəbin akt zalında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbimizin müəllim, şagird kollektivi və şagirdlərimizin valideynləri iştirak etdi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı.Tədbirdə şagirdlərin hazırladıqları mahnı, şeir kompozisiyaları dinlənildi, səhnəciklərə baxıldı. Əziz xanımlar, bayramınız mübarək!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi