Azərbaycan mədəniyyəti və incəsənəti. Azərbaycan tarixi və etnoqrafitası
53№-li məktəb "Ekologiya aylıqları"ı çərçivəsində “Azərbaycan mədəniyyəti və incəsənəti, Azərbaycan tarixi və etnoqrafitası” mövzusuna dair məktəbin 3d sinif şagirdləri, ibtidai sinif H.Zülfiyyə müəllimə və “Məktəblinin dostları” layihəsinin əməkdaşları Azərbaycan Dövlət Tarix Muzeyinə ekskursiya təşkil etdilər. Şagirdlər muzeylə tanış oldular, muzey əməkdaşları burda mövcud olan tarixi eksponatlar barədə şagirdlərə tarixi biliklərin dərinləşməsinə və bu barədə dünyagörüşlərinin inkişafına çox böyük təsir göstərdi.Şagirdlər Azərbaycanın tarixinə dair olan biliklərini yenilədilər. Azərbaycan dili və Həyat bilgisi fənlərindən Azərbaycan tarixinə dair keçilən mövzularda öyrəndiklərini əyani şəkildə muzey ekspozisiyaları vasitəsilə görmüş oldular. Sonda xatirə şəkilləri çəkdilər.