Qızıl irsimiz.
Bu gün 3ç sinfində "Ekologiya aylıqları" layihəsi çərçivəsində keçirilən "Azərbaycan tarixi və etnoqrafiyası" mövzusuna həsr olunmuş interaktiv dərs keçirildi. Dərsi ibtidai sinif müəllimi M. İslamova təqdim etdi.Müəllim dərs prossesində Azərbaycan xalqının qədim irsi barədə məlumat verdi. Şagirdlər əyani olaraq qədim dövrdə istifadə olunmuş milli geyimlər, məişət əşyaları ilə xalqımızın keçmişdəki həyat tərzi ilə, sənət və peşələri ilə praktiki olaraq tanış oldular.Bu dərs şagirdlərdə xalqimızın qədim və zəngin tarixi haqqında geniş təssəvvür yaratdı. Müəllim şagirdlərə qədim əşyaları varsa onları qoruyub saxlamağı və yaxud sinfin kiçik etnoqrafiya güşəsinə verməyi tövsiyə etdi.