Həmrəylik gününə həsr olunmuş dərs

Məktəbin 1c sinfinin sinif rəhbəri Günay Namazova 31 Dekabr Həmrəylik gününə həsr olunmuş dərs keçirib. Hər zaman əməkdaşlıq, sağlam rəqabət, uğur qazanmaq məqsədilə keçirilən dərs çox maraqlı təşkil olunub. Belə ki, dil qaydaları üzrə ümumiləşdirici dərsdə şarların içərisində hərf gizlənib. Şagirdlər 4 qrupa bölünüb. Hər qrup üzvü bir şar partladıb içindəki hərfi öz qrupuna aparıb. İş vərəqində hərfləri düzüb, həmin hərflə başlayan ad, əlamət və hərəkət bildirən sözləri tapıb.

Ən çox söz tapan qrup daha sürətli olduğu üçün I olub və evə təyyarə, nisbətən az söz tapan II yerin sahibləri avtomobil, III yer tutan qrup avtobus, ən az söz tapan qrup isə velosiped pankartı qazanıb.

Sonda bayram münasibəti ilə valideynləri də unutmayan müəllimə onlara təhsilə, məktəbə davamiyyətə və dərslərdə uşaqlara daha çox qayğı göstərdiklərinə görə Təşəkkürnamə göndərib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi