Respublika fənn olimpiadasının məktəb mərhələsi
Noyabrın 4-ü Respublika fənn olimpiadasının məktəb mərhələsi keçirilib. Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.
Olimpiadada VIII-XI sinif şagirdləri iştirak edib. Məktəb mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar. İlk turda yaxşı nəticə göstərən şagirdlər Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak edəcəklər.
Şagirdlərimizə uğurlar arzu edirik!