Reproduktiv sağlamlıq
İnsan sağlamlığı körpəlik, uşaqlıq və yeniyetməlik dövrlərindəki inkişaf şəraiti ilə müəyyənləşir. Bu səbəbdən uşaq və yeniyetmələrin reproduktiv sağlamlığının vaxtında qayğısına qalmaq xüsusi əhəmiyyət kəsb edir.
Reproduktiv sağlamlıq mövzusunda məktəbin psixoloqu Bənövşə Cabbarova və həkimi Dilrubə Hüseynova VIII sinif şagirdləri ilə seminar keçirib. Seminarda “Sağlam həyat tərzi”, “Erkən nikahların qarşısının alınması”, “Zərərli vərdişlər” və digər mövzular müzakirə olunub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.