Fəxri fərman
Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr -Beynəlxalq müəllim gününə həsr edilmiş tədbirdə məktəbin direktoru Tünzalə Zeynalova rayonun ictimai həyatında fəal iştirak etdiyinə, gənc nəslin təlim tərbiyəsində səmərəli fəaliyyətinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tərəfindən fəxri fərmanla təltif olunub.
Tünzalə müəllimə, sizi təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirik!