4 oktyabr-Cəbrayıl şəhəri günü
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü kimi qeyd olunacaq. Bu məqsədlə məktəbin 5c sinfinin sinif rəhbəri Şükürova Şölə şagirdləri ilə “Cəbrayıl şəhəri günü”-nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimat Əliyeva və müəllimlər iştirak edib.
Çıxış edən Şölə müəllimə bu əlamətdar günün təsis olunmasının Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlı olduğunu bildirib, qeyd edib ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Daha sonra şagirdlər müxtəlif şeirlər səsləndirib, musiqilər ifa edib, Cəbrayıl uğrunda döyüşlərdə həlak olan şəhidlərə həsr olunmuş videoçarx nümayiş etdiriblər.
Sonda çıxış edən Fatimat Əliyeva şagirdlərə tədbir haqda fikirlərini bildirib və onlara təşəkkür edib.