"Bir nəfər kimi yad edək" adlı layihə

Sentyabrın 27-si məktəbin 3 "Ğ" sinif şagirdləri 27 sentyabr Anım Gününə həsr olunmuş "Bir nəfər kimi yad edək" adlı layihəni təqdim edib. Layihə ana dili dərsi çərçivəsində həyata keçirilib. Şagirdlər layihə işi müddətində şəhidlərimizin həyatı, göstərdikləri qəhramanlıqları haqqında məlumat toplayıb və bu məlumatları bu gün -27 sentyabr layihənin bitmə tarixində sinif yoldaşları ilə paylaşıblar.

Sonda çıxış edən sonif rəhbəri Zəkiyyə Mirzəyeva Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib.

Layihənin yekununda, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi