"Vətən uğrunda vuruşan hər bir əsgər qəhrəmandır!!"
Məktəbin İllik "Fəaliyyət Planı"-na uyğun olaraq 27 sentyabr Anım Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.
Sentyabrın 27-də "Vətən uğrunda vuruşan hər bir əsgər qəhrəmandır!!" başlığı altında məktəbin Rus dili və Ədəbiyyat müəllimi Nisə Qurbanlının rəhbərliyi ilə 5 "ğ" sinfində təşkilat saatı keçirib.
Dərs Azərbaycan Respublikasının Dövlət Himni və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən müharibədə şəhid olmuş Vətən oğulları və qızlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Nisə Qurbanlı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə məlumat verib. Təşkilat saatında məktəbin direktoru Tünzalə Zeynalova da iştirak edib. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətinin böyük olduğunu vurğulayıb. Onun şagirdlərin əl işlərindən ibarət məktəb sərgisindən Vətən müharibəsindəki qələbəmizin əsas simvollarından olan "Dəmir yumruq" maketini şagirdlərə nümayiş etdirməsi xüsusi maraq doğurub.
Sonra şagirdlər hazırladıqları təqdimatları təqdim edib, vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.