Anım gününə həsr olunmuş dərslər
Sentyabrın 27-si məktəbdə ilk dərslər “Anım Günü”-nə həsr olunub.
Qalib Azәrbaycan xalqı vә Müzәffәr Ali Baş Komandanın fəaliyyətindən irəli gələn ideyalara köklənən dərslərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib.
Bildirilib ki, Vətən Müharibəsi zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz düşmənə sarsıdıcı zərbələr endirib. Bununla da bizə tarix boyu unutmayacağımız şanlı Qələbəni yaşadıblar. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunduğu şagirdlərin diqqətinə çatdırılıb.