Fənn müsabiqələrinin məktəb mərhələsi
Noyabrın 23-də BŞTİ-nin təşkilatçılığı ilə fənn müsabiqələrinə hazırlıq qruplarının seçim imtahanının məktəb mərhələsi keçirildi.
Şagirdlərə 20 riyaziyyat, 5 məntiq olmaqla 25 sual təqdim edildi. Onların sərbəst işləməsini təmin etmək məqsədi ilə 80 dəqiqə vaxt verildi.İmtahan təlimata uyğun aparıldı.
VI və VII siniflər üzrə yüksək nəticə əldə edən 10 nəfər şagird fənn müsabiqəsinin növbəti mərhələsinə vəsiqə qazandı.