Şuşa-270

   BŞTİ-nin 31.03.2022-ci il tarixli F-121 nömrəli əmrinə uyğun olaraq məktəbdə "Şuşa ili "nə həsr edilən bir sıra silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.
Məktəbin tarix müəllimi Məleykə Muradovanın təşkilatçılığı ilə 21 aprel 2022 ci il tarixində keçirilən "Şuşa-270" adlı tədbirdə  Yasamal rayonu Qarabağ əllilləri, veteranları və şəhid ailələri İB nin sədri Bəhram Şeydayev, Vətən müharibəsinin 14 qazisi,müəllim,şagird və valideyn heyyəti iştirak etdi.
 Tədbirdə şagirdlər Şuşanın keçdiyi 270 illik tarixi yoldan bəhs edərək bir neçə səhnəciklər göstərdilər,muğamlar,şeirlər səsləndirdilər,videoçarxlar nümayiş etdilər.Məktəbin 5ci sinif şagirdləri tərəfindən  şəhid obrazları ilə hazırlanan  kompozisiya tədbir iştirakçılarının diqqətini cəlb etdi.
Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova Şuşada başlamış abadlıq işlərindən,”Xarı Bülbül" festivalından və tarixi zəfərimizdən danışaraq böyüməkdə olan gənc nəslə Azərbaycanın  tarixini dərindən öyrənməyi tövsiyyə etdi.Dəvət olunmuş qazilər öz həyat hekayələrini və 44 günlük Vətən müharibəsindəki təsürratlarını şagirdlərlə bölüşdülər.
Tədbir məktəbin müəllimi Aygun Mextievanın ifasında "Cənnətim Qarabağ" mahnısı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi