İmtahan öncəsi stresin aradan qaldırılması.
14.04.2022-ci il tarixində məktəbin psixoloqu Ləman Quliyevanın təşkilatçılığı ilə 9-cu sinif şagirdlərinə "İmtahan həyəcanı və onun aradan qaldırılması"mövzusunda seminar keçirildi.Seminarda mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi.Şagirdlərə imtahan qabağı stresin normal hal olduğu bildirildi.Bildirildi ki,imtahan həyacanının orqanizmdə yaratmış olduğu psixosomatik təsirlər imtahan nəticələrinə mənfi təsir göstərə bilər.Bu halın baş verməməsi üçün şagirdlərə müxtəlif psixoloji texnikalar təqdim olundu,imtahandan əvvəl və imtahan günü üçün tövsiyyələr verildi.
Sonda məktəbin direktoru Tünzalə Zeynalova təlimin əhəmiyyətindən danışaraq şagirdlərə qarşıdan gələn buraxılış imtahanında müvəffəqiyyət arzuladı.