"Yol hərəkəti qaydaları və mən"rəsm müsabiqəsi.

Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil idarəsinin 2015-ci il üçün Fəaliyyət planında nəzərdə tutulmuş"Uşaqlar və yol təhlükəsizliyi layihəsi"çərçivəsində 3 aprel 2015-ci ildə Yasamal rayon 53№li tam orta məktəbin III və IV sinif şagirdləri arasında "Yol hərəkəti qaydalari və mən" mövzusunda rəsm müsabiqəsi keçirildi.Şagirdlər müsabiqəyə böyük maraq göstərdilər.Müsabiqəyə hər sinifdən seçilmiş bir rəsm təqdim olundu.Münsiflər heyəti 3"d" sinif şagirdi Məmmədli Fəridin işini I yerə,4"c"sinif şagirdi Heydərli Ayanin işini II yerə,4"b" sinif şagirdi Cəfərova Aydanin işini III yerə layiq gördülər.Şagirdlər fəxri fərmanlar və mükafatlarla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi