“Gəncliyin ilk baharı”
“Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində yanvarın 14-ü məktəbin psixoloqları 8-9-cu sinif şagirdləri ilə “Gəncliyin ilk baharı” mövzusunda məşğələ keçirib.
Məşğələ zamanı gənclik dövrünün psixoloji və fizioloji xüsusiyyətləri, yeniyetmələrin qarşılaşdığı çətinliklər və onların həlli yolları müzakirə edilib. Məşğələdə şagirdlərə yetişkənlik dövrünün əsas əlamətləri psixoemosianal və davranış dəyişiklikləri haqqında məlumat verilib. Yuxu və gün rejiminin yeniyetmələrin fizioloji inkişafına təsiri müzakirə olunub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.