Enerji və spirtli içkilərin zərərləri haqqında.
04 Noyabr tarixində məktəbin biologiya müəllimi Ş.Nəcəfli 9Ç sinif şagirdlərinin iştirakı ilə qazlı içkilərin istifadəsi zamanı yarana biləcək fəsadlarla əlaqədar maarifləndirmə işləri aparmaq üçün dəyirmi masa təşkil etdi.Şagirdlər enerji və spirtli içkilərin,mənşəyi məlum olmayan meyvə şirələrinin zərərlərindən danışdılar,insan orqanizminə verdiyi ziyanlardan ibarət video çarxlar, təqdimatlar və kiçik səhnəcik nümayiş etdirdilər.
Sonda psixoloq
Ləman Quliyeva, təşkilatçı
Leyla Rəcəbova "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları “haqqında şagirdlərə qısa məlumat verdilər.