Zəfər Günü.
03 Noyabr tarixində məktəbdə "Zəfər Günü"nə həsr edilən tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin direktoru Tünzalə Zeynalova tədbir iştirakçıları ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edərək xalq iqtidar birliyindən, Azərbaycan xalqının əzmi və iradəsindən, qalib
ordunun döyüş
taktikasından danışdı.
Tədbirdə iştirak edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi qətiyyətdən ,Azərbaycan ordusunun şücaətindən ,Azərbaycan xalqının düşmən üzərindəki tarixi zəfərindən, Yasamal rayonu ərazisində olan şəhid ailələri,qazilərlə görülən işlərdən danışaraq tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik etdi.
Sonra 44 günlük Vətən müharibəsinin qazisi,erməni əsirliyində olmuş Amin Musayev öz təəssüratlarını şagirdlərlə bölüşərək, Vətəni sevməyi və şəhidlərimizi unutmamağı tövsiyə etdi.Eyni zamanda ölkə başçısı Cənab İlham Əliyevə və onun şəxsi məsələləri ilə yaxından maraqlanaraq dəstək olan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova təşəkkürünü bildirdi.
Tədbir zamanı 8d sinif şagirdlərinin ifasında kompozisiyalar, şeirlər, mahnılar səsləndi,Vətən müharibəsindən bəhs olunan müxtəlif videoçarxlar nümayiş edildi.Xğ sinif şagirdi Tağı Rzayev öz bəstələdiyi "Zəfər marşı"nı fortopianoda ifa etdi.
Sonda Azərbaycan dili və Ədəbiyyat müəllimi Fərqanə Tağıyeva Məmməd Arazın"Azərbaycan ,dünyam mənim"şeirini səsləndirdi.