Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş açıq dərs.
16.06.2021-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Mehdiyeva Sevdanın 7ç sinif şagirdləri ilə Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 880 il dönümünə həsr olunmuş açıq dərs dinlənildi. Microsoft Teams programı ilə keçirilən açıq dərsdə təşkilatçı L.Rəcəbova və UBR N.Şıxverdiyeva və valideynlər iştirak etdi.Şagirdlər dərsin motivasiya mərhələsində Nizaminin həyat və yaradıcılığını əks etdirən suallara cavab tapmaqla müəllimin təqdim etdiyi krossvordu həll etdilər.Beləliklə şagirdlər dərsin əsas mövzusunu və istiqamətini müəyyənləşdirdilər.Nizami Gəncəvinin “Sirlər xəzinəsi “əsərindən seçilmiş müxtəlif parçalar şagirdlərə təqdim olundu.Şagirdlər şeir parçalarını oxuyaraq Nizaminin gənclərə hansı məsləhətləri verdiyini araşdırdılar.Daha sonra Nizaminin müxtəlif əsərlərinə həsr olunmuş rəsmlər nümayiş olundu.Tədqiqat fərdi formada aparıldı.Müəllimə “beyin həmləsi”diskusiya metodlarından istifadə etdi.
Sevda Mehdiyevaya təşəkkür edirik.