SON ZƏNG.

  14 iyun tarixində məktəbdə açıq havada iki mərhələdən ibarət "Son zəng" tədbiri keçirildi.Tədbirdə BŞTİ nin insan resurslarının məsləhətçisi Səidə Əsədova ,cari tədris ilinin məzunları ,məktəb rəhbərliyi və sinif rəhbərləri iştirak etdi.Tədbirdə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova 2020-2021 ci tədris ilinin qısa təhlilini verərək Vətən müharibəsindəki düşmənin başını əzən "Dəmir yumruq" əməliyyatından bəhs edərək şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakçılarından xahiş etdi və məzunların arzu ,istəklərini nəzərə alaraq müvafiq qaydalar çərçivəsində "Son zəng" tədbirinin keçirilməsinə icazə verdiklərinə görə aidiyyatı üzrə hər kəsə minnətdarlığını bildirdi.

Daha sonra çıxış edən Qabil Nəsibov və Səidə Əsədova məzunlara səmimi təbriklərini çatdırdılar.

Tədbir milli mənəvi dəyərləri özündə təcəssüm edən məqamlarla yadda qaldı.Sonda məzunlar üçün məktəb həyatının son zəngi çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi