31 Mart-tariximizin qanla yazılan səhifəsi.
31 Mart tarixində məktəbin fəaliyyət planının 1.1.23 bəndini icra etmək, şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırmaq , tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması məqsədi ilə əyani və distant dərslərdə 31Mart soyqırımına həsr edilən sinif təşkilat saatı keçirildi. Distant və əyani dərslərdə müəllimlər 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində,Quba quberniyasının müxtəlif bölgələrində ,eləcə də Şamaxı, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ və digər ərazilərdə Bakı Soveti "Daşnaksütyun "dan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı tarixdə misli görülməyən soyqırımı haqqında geniş məlumatlar verdilər. Sinif təşkilat saatlarında cənab prezident İlham Əliyevin, tarixi"Qarabağ Azərbaycandır" şüarını səsləndirərək xalqımızın həmrəyliyi və birliyini əks etdirən video təqdimatlar nümayiş etdirildi.