Oyan, xarı bülbül, oyan

İllərlə xalqın ürəyində sönmək bilməyən qisas hissini iyul ayında Tovuz rayonuna atılan artilleriya silahları yenidən oyatdı. 11 nəfər hərbçinin həlak olduğu döyüş Vətən sevgisi ilə alışıb yanan, Vətən təəssübkeşliyini sinələrində daşıyan yüz minlərlə qeyrətli Azərbaycan oğulları Cənab prezident ,Ali Baş Komandan İlham Əliyevin çağırışına cavab olaraq küçələrə axışdılar. Alnımıza 30 il əvvəl vurulan namus damğasını,itkin düşən qız gəlinin, yetim qalan uşaqların, əsir düşən minlərlə azərbaycanlının şərəfini özününkü bilib Ali Baş Komandana "Biz burdayıq, biz hazırıq” dedilər. Koroğlunu yenilməz edən nə onun Misri qılıncı, nə Qır atı olub. Onun yenilməzliyi arxasında duran xalqın iradəsi idi. Elə ölkə başçısı ,XXI əsrin fatehi İlham Əliyev də xalqa, xalqın cəsur, igid oğullarına, qızlarına arxalanıb haqq savaşına başlamaq əmri verdi. Xalq da göydə Allaha, yerdə Ulu Öndərimizin xələfinə - Prezident İlham Əliyevə inandı. Hər 2 oğlunu cəbhəyə göndərən ana da, yeganə gəlir yeri olan təqaüdünü orduya hədiyyə verən yaşlı dədə də.

27 sentyabr... Bu vaxt Azərbaycanda hamı II Qarabağ müharibəsində "Dəmir yumruq" əməliyyatında elə dəmir yumruq kimi də birləşərək iştirak etdi.Əli silah tutan igidlərimiz ön cəbhədə bütün dünyanı heyrətə gətirən misilsiz qəhrəmanlıq göstərdi, arxa cəbhədə onlara ehtiyac olmasına baxmayaraq ərzaqla təmin etməyə çalışan sakinlər, çorək bişirən, döşək tutan, corab hörən analarımız, bacılarımız, döyüşdə əsgərləri motivasıya edən rəğbət dolu məktublar yazan məktəblilərimiz .. . Heç nə xalqın əzmini qıra bilmədi... Nə ermənilərin həqiqətə uymayan uğurlarını təbliğ edən xarici mətbuat, nə yaşayış bölgələrinə atılan raketlər, nə Ermənistana gedən silah karvanı . Çünki, bu xalq Ali Baş Komandanın ətrafında sıx birləşmişdi,  bütün maraqlar, hədəflər eyni idi: Səbr kasası dolmuşdu! Sələfimiz Xətaidən bizə qalan əski bir deyim var: “Qılınc həmin qılıncdır, qol həmin qol deyil” .Düşmənin silah ehtiyatları bol idi, amma qolda qüvvət, ürəkdə cəsarət, xalq iqtidar birliyi yox idi. İgidlərimizin silahdan istifadə etmə məharəti və  iradəsi düşmənlə müqayisədə peşəkarlığı və Vətən sevgisi ilə fərqlənirdi. Bəli, bu qələbə Azərbaycan tarixinin nəinki erməni xalqına, bütün dünyaya təntənəsi oldu. Bu qələbə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri, vandalizmi dünya mətbuatına sərgilədi. Bu qələbə Azərbaycan ordusunun nə qədər yenilməz və əfsanəvi gücə malik olduğunu, bir vətəndaşın qəlbində Vətən sevgisi nə dərəcədə daşıya biləcəyini göstərdi. Biz artıq Vətənimizə qayıtdıq. Oyan,xarı bülbül,Bu yaz başqa cür gəlir Vətənə,ürəklə gəlir, sevinclə gəlir. Oyan Xarı bülbül, XXI əsrin fatehi ,cənab Prezidentin bir də quruculuq siyasətinin şahidi ol. Qarabağa doğru uzanan neçə - neçə nəhəng magistral yolların kənarını bəzəyəcəksən, neçə təzə kəndlərin bağlarında, abad şəhərlərin parklarında bitəcəksən, neçə-neçə tarlalarda gizlənpaç oynayacaqsan lalələrlə. Oyan, xarı bülbül, qarşıla bizi:

Məktəbin direktoru :Tünzalə Zeynalova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi