I-IV SİNİF MÜƏLLİMLƏRİ İLƏ İCLAS.
26 yanvar tarixində Microsoft Teams platforması üzərindən məktəbin ibtidai sinif müəllimlərinin iştirakı ilə iclas keçirildi.
İclasda məktəbin direktoru BŞTİ nin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları " barədə Təlimatın və 01 fevral tarixindən təhsilin mərhələli şəkildə açılması ilə bağlı məruzə etdi.
İbtidai siniflər üzrə direktor müavini l-lV siniflərin o cümlədən məktəbəhazırlıq qruplarının dərs cədvəli və qruplar arasındakı fasilədə sanitar epidemioloji işlərin aparılması ilə bağlı çıxış etdi.
Təşlikatçı iltizam ərizələri ( valideyn övladının distant dərslərdə iştirakını və teledərsləri izləməsini təmin edir) və qarşıda keçiriləcək sinif iclaslarının qrafiki ilə bağlı məlumat verdi.
Müəllimləri maraqlandıran bir çox suallar cavablandırıldı və hibrid təhsil modeli ilə başlayan əyani təhsildə hər bir müəllimə uğurlar arzu edildi.